İsa (ivritcə יֵשׁוּעַ Yeşua) — Xristianlıqda Tanrının bədənli mücəssəməsi. Həmçinin Məsih, Nazaretli, İnsan Oğlu, Xilaskar və s. adlanır. Xristianlığa görə İsa Beytləhmdə doğulub. Qüdsdə çarmıxa çəkilib. Manixeistlər, qnostiklər, müsəlmanlar, bəhailər və başqaları dinlərində İsa üçün önəmli yerlər tapdılar.[6][7][8] Quran İsanın müsəlman olduğunu iddia edir.[9] Bəhai təlimləri İsanı "Tanrının təzahürü" hesab edir.[10] Bəzi hindular İsanı avatar və ya sadu hesab edirlər.[11] Bəzi buddistlər, o cümlədən XIV Dalay Lama, İsanı həyatını insanların rifahına həsr edən bodhisattva hesab edir.[12]
İsa | |
---|---|
arami ישוע | |
![]() | |
Doğum tarixi | e.ə. 7[1], e.ə. 2[2] və ya 0[3] |
Doğum yeri |
|
Vəfat tarixi | 30 və ya 33 |
Vəfat yeri |
|
Xatirə günü | Milad, Pasxa |
![]() |
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər və tarixdə 100 ən nüfuzlu şəxs siyahılarına daxil edilib.
Bibliyada İsa Məsih haqqında
Apokfirik incillərdə İsa haqqında
Bibliyaya daxil olmuş dörd Müjdədən fərqli olaraq, apokrifik incillərə İsanın uşaqlığı haqqında mözücələrlə dolu rəvayətlər daxildir. Bir misal kimi, eramızın II əsrində yazılmış “Foma İncili” İsa Məsihin uşaqlığından bəhs edir, Məsihi hər addımbaşı möcüzələr göstərən təkəbbürlü və sərt bir uşaq kimi təsvir edir. Şənbə günü gildən quş düzəldir və sonra insanların etirazları qarşısında əl çalır və o saat bunlar əsl quşlara dönüb uçmağa başlayır.[14]
Apokrifik incillərdə İsanın ölümü haqqında yazılanlar da Bibliyadakı hekayədən fərqlənir. Eramızın II əsrinə aid olan Basilid incilində İsanın ölümü xəbərinin həqiqətə uyğun olmaması iddia edilirdi. Vasilidə görə, İsanın çarmıxda olması yalnız müəyyən adamların gözünə görsənmişdir və xəyaldan başqa bir şey deyildir. Əslində isə o edam edilməmişdir, onun yerinə başqa bir adam edam olunmuşdur.[15] Bu cür fikirin əks olunduğu II əsrə aid olan "Böyük Sifin ikinci risaləsi" adlı apokrifik İncil Misirdə tapılmışdır. Başqa apokrifik incillərdə İsa adi insani həyat tərzi aparan bir peyğəmbər kimi təsvir olunur. Onun hətta bir qadınla evlənməsi haqqında işarəlarə də rast gəlmək olar.[16]
Quranda Məryəm oğlu İsa haqqında
Qurani Kərimə görə, İsa Allahın bir peyğəmbəri olub. İsanın Allahın Oğlu olması islamda qeyri-mümkün bir olay kimi qəti şəkildə rədd edilir. İslama görə, İsa Allaha çox yaxın bir peyğəmbər olub.
4:156.Onlar həm də küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə, 4:157.bir də: "Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!"- dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. Bu surədə "Onlar" yəhudilərə aiddir.
112.əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi (Məkkədə nazil olmuşdur, 4 ayədir) Bismillahir-rəhmanir-rəhim!
(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: "(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!) Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!"
Başqa dinlərdə İsa haqqında
Bəhai dinində
Bəhai təlimləri İsanı Allahın Məzhəri kimi — Bəhai dinindəki peyğəmbərlik konsepsiyası[17] ilə, Allah və insanlar arasındakı vasitəçi, elçi kimi, Allahın keyfiyyət və sifətlərinin təcəllisi kimi təsvir edir (bax: Bəhai dinində Allah anlayışı).[18] Bəhai konsepsiyası insan və ilahiliyin bənzər keyfiyyət və sifətlərlə bəzəndiyini vurğulayır,[19] belə ki, bu Xristianlıqdakı "təcəssüm" konsepsiyası ilə oxşarlıq təşkil edir.[20] Bəhai inancı, İsanın "Allahın Oğlu" olması ifadəsini qəbul edir[21], lakin bunun İsanın gəldiyi dövrdə mövcud regionda istifadə olunan simvolika olduğunu düşünür. Belə ki, Fələstin, Misir, Yunanıstan, bütün Aralıq dənizi boyunca yazılarda (məsələn, Misir mətnləri, Tövrat, Platonun "Dövlət" əsəri və s.) bu metafor müqəddəs şəxslər haqqında istifadə olunmuşdur. İsa Allahın fiziki törəməsi kimi yox, Ondan tərbiyə almış "Oğul" kimi qəbul edilir. Bəhailər düşünür ki, İsa Allahın sifətlərinin təzahür etdiyi mükəmməl güzgü kimidir, lakin onlar Allahın Ruhunun öz uca məqamını tərk edərək hər hansısa insanın bədəninə yerləşməsi ideyasını qəbul etmirlər. Çünki onlar inanırlar ki, Allah hər yeri əhatə edəndir və hər şeyin fövqündədir.[22]
Bəhai dininin banisi Bəhaullah yazır ki, bir halda ki, Allahın bütün Məzhərləri eyni keyfiyyətlərin və sifətlərin daşıyıcısıdırlar, onların hər birini daha əvvəl gəlmiş Məzhərlərin "ruhani qayıdışı" hesab etmək olar, həmçinin hər yeni gələn Allah məzhəri yeni dini təlim gətirir, hansı ki, əvvəlkiləri əvəzləyir. Bu Bəhai dinindəki "proqressiv vəhy" konsepsiyasıdır.[23] Bəhailər inanır ki, Allahın planı bu proses vasitəsilə, insanlığın inkişafı ilə ahəng içində irəliləyir. Allahın Məzhərləri çox xüsusi bir missiyanı həyata keçirmək və əvvəlki prosesi tamamlamaq üçün gəlirlər. Belə ki, bəhailər inanırlar ki, Bəhaullah İsa Məsihin vəd olunmuş qayıdışıdır.[24] Bəhai təlimləri İsanın İncildəki bir çox təlimini təsdiq edir.
Həmçinin bax
İstinadlar
- ↑ Finegan J. Handbook of Biblical Chronology, rev. ed. — Hendrickson Publishers, 1998. — səh. 319. — ISBN 978-1-56563-143-4
- ↑ Meier J. P. A Marginal Jew: The roots of the problem and the person. — Yel Universiteti mətbuatı, 1991. — səh. 407. — ISBN 978-0-300-14018-7
- ↑ Miladi tarix
- ↑ Evangelist L. t. Gospel of Luke
- ↑ Four Gospels
- ↑ Watson, Francis (2001). "The quest for the real Jesus". In Bockmuehl, Markus N. A. (ed.). Cambridge companion to Jesus. Cambridge University Press. 156–57. ISBN 978-0-521-79678-1.
- ↑ Evans, C. Stephen (1996). The historical Christ and the Jesus of faith. Oxford University Press. səh. v. ISBN 978-0-19-152042-6.
- ↑ Delbert, Burkett (2010). The Blackwell Companion to Jesus. John Wiley & Sons. səh. 1. ISBN 978-1-4443-5175-0.
- ↑ Ali-İmran 52
- ↑ Stockman, Robert (1992). "Jesus Christ in the Bahá'í Writings". Bahá'í Studies Review. 2 (1).
- ↑ Rishi Das, Shaunaka (March 24, 2009). "Jesus in Hinduism". BBC.
- ↑ Beverley, James A. (June 11, 2011). "Hollywood's Idol". Christianity Today.
- ↑ Əhdi-Cədid, 1 Korinflilərə Məktub 15:3-6
- ↑ Bax: Мировая духовная культура. Христианство. Церковь. Лекции и беседы. — М.: Фонд имени Александра Меня, 1995. 671 с. Тир 10 000. 2-е изд.: 1997. http://krotov.info/library/13_m/myen/00049.html
- ↑ Bax: Протоиерей Иоанн Мейендорф. Введение в Святоотеческое Богословие. Глава 2. Борьба с гностицизмом. Святитель Ириней Леонский. http://klikovo.ru/db/msg/882 Arxivləşdirilib 2014-07-29 at the Wayback Machine
- ↑ XRİSTİANLIĞIN YARANMASI, MƏNBƏLƏRİ VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ I Fəsil, İlk Xristianlığın qısa tarixi icmalı
- ↑ Stockman, Robert (1992). "Jesus Christ in the Bahá'í Writings". Bahá'í Studies Review. 2 (1).
- ↑ Cole, Juan (1982). "The Concept of Manifestation in the Bahá'í Writings". Bahá'í Studies. 9: 1-38.
- ↑ Cole, Juan (1982). "The Concept of Manifestation in the Bahá'í Writings". Bahá'í Studies. 9: 1-38.
- ↑ Stockman, Robert (1992). "Jesus Christ in the Bahá'í Writings". Bahá'í Studies Review. 2 (1).
- ↑ Smith, Peter (2000). "peace". A concise encyclopedia of the Bahá'í Faith. Oneworld Publications. p. 214.
- ↑ Stockman, Robert (1992). "Jesus Christ in the Bahá'í Writings". Bahá'í Studies Review. 2 (1).
- ↑ Cole, Juan (1982). "The Concept of Manifestation in the Bahá'í Writings". Bahá'í Studies. 9: 1-38.
- ↑ Smith, Peter (2008). An Introduction to the Baha'i Faith. Cambridge University Press. p. 128.
www.NiNa.Az » Pulsuz Xidmətlər » Wikipedia