Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Aqata Meri Klarissa Miller (ing. Agatha Mary Clarissa Miller; 15 sentyabr 1890[1][2][3][…], Torki, Devon qraflığı[4] – 12 yanvar 1976[1][2][3][…], Winterbrook[d], Böyük Britaniya[4]) — ingiltərəli yazıçı, detektiv janrının kraliçası. Bu ləqəb ona hələ illər öncə verildi. Özü də gələcəyinin necə olacağını uşaqlıqdan təxmin etmişdi. Bu gün artıq onun əsərləri 103 dilə tərcümə olunub. Kitablarının tirajı isə ildən-ilə artır.
Aqata Meri Klarissa Miller | |
---|---|
Agatha Mary Clarissa Miller | |
![]() | |
Təxəllüsü | Meri Vestmakott |
Doğum tarixi | |
Doğum yeri | Devon, İngiltərə |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Oksfordşir, İngiltərə |
Dəfn yeri |
|
Vətəndaşlığı | ![]() |
Milliyyəti | İngilis |
Həyat yoldaşı | Arçibald Kristi (1914-1928) Maks Mallovan (1930-1976) |
Uşağı | Rozalinda Hiks (1919-2004) (atası Arçibald) |
Fəaliyyəti | Roman yazıçısı, yazıçı |
Fəaliyyət illəri | 1920–1976 |
Əsərlərinin dili | ingilis |
Janr | Triller kriminal detektiv romantizm |
Tanınmış əsərləri | |
Mükafatları | Britaniya imperiyasının ordeni(1956),Britaniya imperiyasının "Dame Commander" fəxri adı (1971) |
![]() | |
agathachristie.com | |
![]() |
İlk detektiv roman və verilən vəd
Rəqs meydançasından dünyaya səyahət
Onun yalnız bir arzusu var idi: xoşbəxt ailə həyatı... Baletlə məşğul olan Kristi ilk həyat yoldaşı ilə rəqs meydançasında tanış olur. Hündür, sarışın və bir qədər ədəbsiz hərbçi Arçibald onun diqqətini ilk baxışdan cəlb edir. Bir müddət sonra o, Arçi ilə birgə həyata razılıq verir. 1914-cü ildə mayor Arçibalıdi Kristi ilə ailə qurur. Birinci dünya müharibəsinin başlanması ilə əlaqədar Arçi cəbhəyə gedir. Aqata isə hospitalda işlədiyindən onlar nadir hallarda görüşə bilirlər. Tibb bacısı vəzifəsində çalışan gələcəyin məşhur yazarı bu işindən həmişə razılıq edirdi: "Bu, insanın məşğul ola biləcəyi ən yaxşı peşədir". Müharibə bitdikdən sonra cütlük xoşbəxt yaşamağa davam edir. Bu illər Kristi üçün çox düşərli olur. Həyat yoldaşı biznesdə fəaliyyət göstərir, özü isə qızının qayğısına qalır və ara-sıra cızma-qaralarını edir. İlk kitabından aldığı qonorara ev alır. İkinci uşaq barəsində fikirləşən Aqatanın fikri ərinin dedikləri ilə üst-üstə düşmür. Arçi bir övladla kifayətləndiyini deyir: "Ondansa, ikinci maşın almaq daha məqsədə uyğundur". Nəhayət onlar ayrılırlar. Lakin onlar ayrılsalar da Aqata dünyada məhz onun soyadı-Kristi ilə tanınmışdır.
1926-cı ili Aqata "Ömrümün ən çətin ili" adlandırır. O zaman anası rəhmətə gedir. Çətinlik çəkən Kristi həyat yoldaşını köməyə çağıran zaman aldığı cavab bu olur: "Yol uzundur və mən bazar günü qolf oynunu izləmək istəyirəm". Bütün bu baş verənlər Aqatanı "boğurdu". Getdikcə Aqatada amneziya əlamətləri peyda olur. Qızlarının ad günündə Arçinin müdirinin katibəsinə vurulduğunu və Kristidən boşanmaq istəyini bildirməsi ilə vəziyyət daha da gərginləşir: ailə həyatı sona çatır. Lakin yaşanılan çətinliklərə baxmayaraq yazıçı yazmağa davam edirdi və Aqata Kristi bir yazıçı kimi ilk böyük uğura 1926-cı ildə "Rocer Ekroydun qətli" romanının nəşrindən sonra atmışdır.
Qeybolma və ya uydurulan növbəti süjet
...Məşhur romanların müəllifi birdən yoxa çıxır. İki həftədən artıq London polisi onun axtarışıyla məşğul olur. Bir müddət sonra Kristinin avtomobilini yol qırağından tapırlar. Onun öldürüldüyü haqda müxtəlif şayiələr dolaşmağa başlayır. Günahkarların siyahısında əri birinci dayanmışdı. Çünki ortaya qoyulan faktlar bunu təsdiqləyirdi: avtomobilin Arçinin məşuqəsi ilə dincəldiyi məkandan tapılması, maşının içində Aqataya aid əşyaların olması və s.
Qəzetlər onun ölümündən yazdığı zaman Aqata mehmanxanaların birində gizlənib özü haqda deyilənləri diqqətlə izləyirdi. Onun bir istəyi var idi: ərini onun ölümündə günahkar bilsinlər. O, mehmanxanada yaşayaraq ərinin əzab çəkməsi barədə yazılan məqalələri oxuyub ləzzət alırdı. Mətbuata elan olundu ki, Aqata yaddaşını itirdiyindən kimliyini unudub. Kristini sağ və salamat tapanda qəzetlər onun "Rocer Ekroydun qətli" romanının reklam kompaniyası olduğunu aləmə car çəkdi.A.Kristi hoteldə məhz ərinin sevgilsinin adı ilə-Tereza Nil adı ilə qeydə alınmışdı.Kristi özünün yoxa çıxmasını heç cür izah etmək istəmədi.Həkimlər bunu başından alıdğı zədədən sonra onda amneziya yarandığını bildiridilər. Yazıçının yoxa çıxma səbəbinə britanıyalı psixoloq Endryü Norman özünün "Hazır portret " kitabında aydınlıq gətirir. Onun düşüncəsinə görə, travmatik amneziya versiyası doğru deyil: çünki Aqatanın davranışları bunun əksini gösətirirdi.
Aqata Kristi: "Mənim ərim arxeoloqdur. Arxeoloqlar isə keçmişin detektivləridir"
Müalicə aldıqdan sonra 1928-ci ildə ərindən boşanıb həmişə arzusunda olduğu macəra dolu səyahətlərə başlayır. İlk olaraq Bağdada yola düşür. Bu səfər zamanı o, 25 yaşlı Maks Mellouen adlı arxeoloqla tanış olur. Ailə həyatından başı daşa dəyməsinə baxmayaraq Aqata bəxtini bir daha sınayır: özündən 14 yaş kiçik olan Maksla evlənir. Onların toyunda qohumlardan yalnız Aqatanın qızı Rozalinda iştirak edirdi. Çünki çoxları ondan üz döndərmişdi. Aqata bu evliliyində öz xoşbəxtliyini tapır. Yaş fərqinə gələndə isə Aqata zarafatca deyirdi: "Maks arxeoloqdu. Arxeoloqlarsa qədimliyi sevir. Ona görə yaşım artdıqca mən ona daha maraqlı görünürəm". Sonralar əri ilə birlikdə Suriyaya, İraqa və Yaxın Şərqə səfərlər edir. Bu səfərləri onun bir neçə romanının mövzusuna çevrilir. 1934-cü ildə İstanbulun "Pera Palace" hotelində "Şərq ekspressində qətl" romanını yazır. Yeri gəlmişkən, onun yaşadığı 411-ci hotel otağı indi xatirə muzeyidir.
Ölümü
Yazıçı 1976-cı il yanvar ayının 12-si vəfat edib. O, öz avtobioqrafiyasını bu sözlərlə bitirir: "Yaşadığım həyat, mənə bəxş olunan sevgi üçün Allahıma təşəkkür edirəm..."
Maraqlı faktlar
- Müsahibələrinin birində etiraf edir: "Romanlarım üçün süjeti mən qab yuyarkən tapıram. Bu axmaq məşğuliyyət həmişə qətllər haqqında fikirlərə sövq edir".
- Aqata I Dünya müharibəsi illərində hərbi hospitalda tibb bacısı işləmiş,əczaçılığı öyrənmişdir. Bu onun əsərlərindən də aydın hiss olunur. Detektivlərinin 83-də qəhrəmanlarını zəhər içdirərək "öldürüb". Bunun digər səbəbini Kristi qan içində uzanmış ölülərdən xoşu gəlmədiyini və odlu silahlardan başı çıxmadığı ilə əlaqələndirib.
- Oxucuların hisslərinə hörmətlə yanaşdığından Aqata Kristi heç vaxt seksual cinayətləri romanının mövzusuna çevirməyib. O bildirirdi ki, seksual zorakılıq insanın hisslərinə mənfi təsir edir və oxucunu əsərin əsas xəttindın ayırır.
- Hamının sevdiyi personaj Erkül Puaro Aqata Kristinin ilk romanından ortaya çıxıb. Bu qəhrəman onun son romanlarının birində ("Pərdə") vəfat edir. Maraqlıdır ki, bu roman nəşr olunandan 40 il əvvəl yazılmışdı. Amma naşirlər sevimli personajın ölümü ilə bağlı olan kitabı çap eləməkdən boyun qaçırırdılar.
- 60 yaşında yazıçı vaxtilə opera sənətçisi olmağı arzuladığını söyləyib. Amma səsinin olmaması onun bu arzusunu ürəyində qoyub.
- Milad bayramı ərəfəsində evlənən Aqata mərasimdə ağ paltar və fata əvəzinə plaş və qırmızı şlyapa geyinmişdi.
- Aqata Kristinin yazmaq vərdişi qəribə idi: ona isti vanna və alma lazım olurmuş.
- Kristi 60 detektiv roman və 19 hekayə məcmuəsi çap eləyib. Başqa dillərə tərcüməyə görə, Şekspirdən sonra o, ikinci ingilis yazıçısıdır.
- Aqata Kristinin nəvəsi evlərinin çardağından nənəsinin 27 kasetə yazdığı audiomüsahibəsini tapıb. Aqata Kristi burada bütün həyatını kiçik detallara qədər danışıb. Burada bəzi intim məqamlar olduğuna görə kasetlərin hamısı ictimaiyyətə açıqlanmayıb. Kaset kolleksiyası çardaqda 40 il gizli qalıbmış.
Yazıçının 1952-ci ildə Londonun Ambassador teatrında səhnəyə qoyulmuş "Tələ" pyesi teatr tarixində ən çox oynanılmış pyesdir.
Əsərləri
- Qolf Meydançasında Qətl
- Səssiz Şahid
- Əlifba Sırası ilə Qətl
- Mesopotomiyada Qətl
- Böyük Dördlük
- Buludların Üzərində Ölüm
- Üç Pərdəli Faciə
- Endhauzun Sirri
- Puaro İstintaq Aparır
- Erkülün Qoçaqlıqları
- Staylzada Müəmmalı Hadisə
- Erkül Puaronun Milad Bayramı
- Rocer Ekroydun Qətli
- Ölümlə Görüş
- Günəş altında Şər
- "Şərq Ekspresi"ndə Qətl
- Mavi Qatarın Sirri
- Qəhvəyi Kostyumlu Kişi
- Fayton Məhləsində Qətl
- İnanimaz Oğurluq
- Ölmüş Adamin Güzgüsü
- Rodos Üçbucağı
- Buludların üzərində ölüm
- Vikarın evində qətl
- Nildə ölüm
- Masadakı kartlar
- On zənci balası
Filmoqrafiya
- Nildə ölüm (film, 1978) / Death on the Nile
İstinadlar
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru: açıq məlumat platforması — 2011.
- ↑ 1 2 3 4 Encyclopædia Britannica
- ↑ 1 2 3 4 Internet Broadway Database — 2000.
- ↑ 1 2 Almaniya Milli Kitabxanası, Berlin Dövlət Kitabxanası, Bavariya Dövlət Kitabxanası və b. Record #118520628 // Ümumi tənzimləmə nəzarəti (GND) — 2012—2016.
- Official Agatha Christie site
- Aqata Kristi (ing.) Internet Movie Database saytında
- Agatha Christie/Sir Max Mallowan's blue plaque at Cholsey Arxivləşdirilib 2019-04-10 at the Wayback Machine
- Dutch Agatha Christie collection
- AgathaChristie.net Unofficial Christie website Arxivləşdirilib 2010-12-19 at the Wayback Machine
- Agatha Christie profile and articles at "The Guardian"
- Agatha Christie profile on PBS.ORG
- "Biography of an Author"
- Agatha Christie Festival in Torquay
- Agatha Christie’s style and methods, the plot devices that she uses to trick the reader
- Newly discovered audio tapes of Agatha Christie talking about the origins of Miss Marple online here
- Agatha Christie biography on Biogs.com
- http://kitabxana.net/?oper=readBook&id=667
- http://ucarliyiq.biz/umumi-melumat/23362-agata-kristi-eserleri-yukle.html-buradan[ölü keçid] A.Kristinin kitablarını (türkcə tərcümədə) yükləyə bilərsiniz.
www.NiNa.Az » Pulsuz Xidmətlər » Wikipedia