Depressiya ən geniş yayılmış əsəb pozuntusudur. Əldə olan məlumatlara görə hər beş nəfərdən biri ömründə heç olmasa bir dəfə depressiya ilə xəstələnir. Adi emosional dəyişikliklərdən fərqli olaraq depressiyada əhvali-ruhiyyənin enməsi və digər emosional pozuntular davamlı olur və bir sıra hallarda səbəbsiz meydana çıxır. Depressiya diaqnozu XBT-10 (Xəstəliklərin Beynəlxalq Təsnifatı - 10-cu buraxılış) diaqnostik kriterilərinə əsasən müəyyənləşdirilir.[3] Depressiyanı təyin etmək üçün həmçinin özünüqiymətləndirmə depressiya testləri də istifadə edilir.
Böyük depressiv pozğunluq | |
---|---|
![]() Vinsenta Van Qoqun sonuncu rəsm əsərlərindən biridir. O bu rəsmdə "əbədiyyətin astanasında" sıxıntı və ümidsizliyi əks etdirib. (O bu əsəri ərsəyə gətirdiyi il özünə qəsd edib). | |
XBT-10 | F , F |
XBT-10-KM | F33, F32, F32.9, F33.9 |
XBT-9 | |
XBT-9-KM | 296.30[1][2], 296.20[1][2], 296.2[1][2], 296.3[1][2] |
OMIM | 608516 |
DiseasesDB | 3589 |
MedlinePlus | 003213 |
eMedicine | med/532 |
MeSH | D003865 |
![]() |
İnsanlar zaman-zaman özlərini hüznlü və bədbəxt hiss edərlər. İşindən ayrılmaq, sevdiyini itirmək və ya müvəffəqiyyətli ola bilməmək hüznə gətirib çıxaran həyat hadisələrindəndir. Qısaca hüzn normal həyatın bir parçasıdır. Ancaq bu hüznlü vəziyyətin uzanması və səbəbsiz ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya olaraq təyin olunar. Depresiya duyğu, düşüncə və davranışa təsir edər. Müalicə edilmədiyi təqdirdə aylar illər, bəzən də ömür boyu qala bilər.
Depressiya hər yaşda hər fərd də görülə biləcək ruhi bir xəstəlikdir. Genetik və ya biokimyasal səbəblər, ətraf şərtləri və psixososial çətinliklər, məcbur qalmalar depressiyanın başlamasında faktor ola bilər. Müalicə edilmədiyi vəziyyətdə fərdin həyatını ümidsiz, pessimist, böhran içində keçirməyə başlamasına səbəb yaradaraq, depressiv psixoz olaraq təyin olunan gerçəkləri görməyəcək qədər böhrana qədər çata bilər. Cəmiyyətin hər seqmentində görülə bilər. Psixiatrik xəstəliklər arasında ən sıx rast gəlinən bir mənzərədir.
Həyat boyunca hər 100 kişidən 10-nun və hər 100 qadından 20-nin depressiya keçirdiyi araşdırmalarla müəyyən olunmuşdur.
Bir neçə elmi depressiya və bəzi kənd təsərrüfatı pestisidlərin arasında statistik ilişki tapmışdır[4].
Depressiyanın əlamətləri
Depressiyanın müalicəsi
Depressiyanın iki əsas müalicə üsulu var: dərman müalicəsi və psixoterapiya.
Depressiyanın müalicəsində istifadə olunan psixoterapiya metodlarına koqnitiv-biheyvioral psixoterapiya, interpersonal (şəxslərarası) psixoterapiya və psixodinamik psixoterapiya aiddir[5].
Azərbaycan dilində online depressiya testi
Psixi Sağlamlıq: Azərbaycanın məlumat-məsləhət saytı
Mental and behavioural disorders: Mood disorders World Health Organization
Mənbə
- ↑ 1 2 3 4 Disease Ontology — 2016.
- ↑ 1 2 3 4 Monarch Disease Ontology release 2018-06-29sonu — 2018-06-29 — 2018.
- ↑ Mental and behavioural disorders: Mood disorders World Health Organization
- ↑ Bax "Scientific articles" ilə http://www.antipesticide.net
- ↑ Depressiya: əsas simptomlar, depressiya testi, onlayn konsultasiya, müalicə, psixoterapiya.
www.NiNa.Az » Pulsuz Xidmətlər » Wikipedia