Ktişvəng monastırı və ya Gütəvəng monastırı — Toxasar dağının şimal-şərq ətəyində, sıx meşənin ortasında yerləşən XIII əsrə aid tarixi monastır kompleksidir. Yeparxiya mərkəzi kimi monastır əvvəlcə Arranşahların nəzarətində olmuş, VIII əsrdən etibarən isə həmin sülalənin Dizaq qolunun himayəsinə keçmişdir.
Ktişvəng monastırı | |
---|---|
erm. Գտչավանք | |
![]() | |
![]() | |
Ölkə | ![]() |
Şəhər | Xocavənd |
Yerləşir | Tuğ kəndi |
Tikilmə tarixi | XIII əsr |
İstinad nöm. | 4320 |
Kateqoriya | Monastır |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
| |
![]() Monastırın planı | |
![]() |
XIII əsrdə yeni tikililər hesabına monastır genişlənir, xüsusilə Dizaq məlikləri Avan və Yeqanın dövründə Qafqazın ən məşhur monastır komplekslərindən birinə çevrilir. Monastırın divarlarında yerləşdirilmiş kitabələr və xaçdaşlar ərazinin orta əsrlər tarixi üçün əhəmiyyətli məlumatlar verirlər.
Kompleksin əsas elementi kafedral kilsədir. Kilsə yerli sarımtıl daşdan inşa edilmişdir. Qövsvari tağlar divar qabağındakı pilonları birləşdirməklə, həm də kilsənin çox iti uclu olmayan, lakin kifayət qədər yüksəkdə yerləşən günbəzini saxlayır. Silindrik baraban üzərində yerləşən günbəz, ikipilləli dam kərpiclərindən yığılmış yelpik formalı örtüyə malikdir.
Tarixi
Memarlıq xüsusiyyətləri
Kafedral kilsə
Kompleksin əsas elementi kafedral kilsədir. Xaricdən 10x7.5 metr ölçüyə malik düzbucaqlı, daxildən isə mərkəzi günbəzli tikili, qoşa divar pilonları və yarımdairəvi apsidanın hər iki tərəfində yerləşən iki mərtəbəli otaqlara malikdir.[5] Otaqların ikinci mərtəbəsinə girişlər daş pilləkənlərin apardığı apsidadan açılır.[5]
Kilsə yerli sarımtıl daşdan inşa edilmişdir. Qövsvari tağlar divar qabağındakı pilonları birləşdirməklə, həm də kilsənin çox iti uclu olmayan, lakin kifayət qədər yüksəkdə yerləşən günbəzini saxlayır. Silindrik baraban üzərində yerləşən günbəz, ikipilləli dam kərpiclərindən yığılmış yelpik formalı örtüyə malikdir. Kafedralın fasadları qoşa üçbucaqlı nişlərlə bəzədilmişdir. Pəncərə yerləri naxışlarla bəzədilmiş düzbucaqlı çərçivəyə malikdir.[5]
Kilsənin divarları həm xaricdən, həm də daxildən kifayət qədər sadə görünüşə malik olmaqla, dekorativ relyeflər və qabartmalarla yüklənməmişdir. Ərazinin seysmoaktiv olmasına baxmayaraq, hətta 1868-ci ildə baş vermiş dağıdıcı zəlzələdən sonra belə kilsə ilkin görünüşünü saxlayaraq dövrümüzə çatmışdır.[5]
Fasadların tərtibatında pəncərə yerləri və üçbucaqlı fasad nişlərini əhatə edən çərçivələr fərqlənir. Kilsənin memarlığında həm köhnə, həm də yeni dekorativ motivlər birləşdirilmişdir. Müxtəlif detallar Müqəddəs Qriqorisin Amaras monastırındakı məzarı və Gəncəsər monastırındakı Müqəddəs Vəftizçi İohann kilsəsinin künc nişlərin dekorativ tağları ilə oxşarlıq təşkil edir.[5]
Digər tikililər
Kilsə binasına bitişik böyük narteks Makar Barxudaryanın fikrincə kilsə binasından daha qədimdir.[4] Kifayət qədər geniş olan narteksin şimal tərəfində ucaldılmış sütunlar əlavə həcm yaratmaqla yanaşı, həm də narteksin daxili həcmini genişləndirir. Kobud yonulmuş bazalt daşlarından tikilmiş və tağ-tavanla örtülmüş narteks yalnız toplantı yeri olmamış, həm də türbə kimi istifadə edilmişdir.[6] Narteksin döşəməsi monastırda xidmət etmiş din xadimləri və bir neçə yerli məliyin məzar daşları ilə örtülmüşdür. İncə oyma naxışlarla bəzədilmiş məzar daşlarının hər biri üzərində həm dəə kitabələr vardır.[6] Bir neçə məzar daşı isə kilsənin içində yerləşir.[6]
Şimaldan kilsə və narteksə daha kiçik ölçülü daha bir kilsə binası birləşir. Düzbucaqlı plan və altara malik birnefli zal kilsəsinin üstü çatmatağla örtülmüşdür. Kilsənin divarlarında qırmızı kərpiclə hörgü işləri müşahidə olunur ki, bu da XVII əsrdə həyata keçirilmiş bərpanın nəticəsidir.[6]
Kilsə narteks ilə cənub çıxışı vasitəsiylə əlaqələndirilmişdir. Buna görə də kompleksə daxil olan hər iki kilsənin narteksi ümumidir. Kilsənin divarlarına naxışlı xaç daşlar hörülmüşdür.[6] Həmiin xaç daşlardan biri üzərində 1000-ci il tarixi göstərilmişdir.[7] Ş. Mkrtçyanın fikrincə bu, dövrümüzə çatmış kilsənin yerində daşdan tikilmiş başqa bir kilsə olmasını sübut edir.[6]
Kompleksin qərb tərəfində yaşayış binaları vəə kompleksi əhatə edən qala divarlarının qalıqları dövrümüzə çatmışdır. Monastır ətrafında yerləşən qəbirsanlıq yüz illər ərzində baxımsız qaldığından torpaq altına batmış və yalnız məzar daşlarının yuxarı hissələri görünməkdədir.[8]
Xaçdaşlar
Monastır ərazisində səpələnmiş yüksək bədii dəyərlərə malik çoxsaylı xaçkarların ən qədimi IX əsrə[6] ən yenisi isə XIX əsrin əvvəllərinə aiddir. Onlar arasında zərgər incəliyi ilə işlənmiş naxışları və yüksək səviyyəli bədii tərtibatı ilə seçilən iki xaçdaş kafedral kilsənin giriş qapısının sağ və sol tərəflərində sərgilənir.[6] Cənub tərəfdəki xaçdaş üzərində yazılmışdır: “695-ci ildə (1246) Mən, ter Vardanes ruhumun xilas olunması üçün bu xaçdaşı ucaltdım...”[9] Digər xaçdaş üzərində isə yazılmışdır: “Mən...yepiskop bu xaçı ucaltdım.”[9] İkinci xaçdaş SSRİ dövründə monastır ərazisindən götürülərək Ermənistana aparılmışdır və hazırda Üçkilsə kafedralının həyətində sərgilənir.[6]
İstinadlar
- ↑ 1 2 3 4 5 Мкртчян, 1989. səh. 67
- ↑ Каланкатуаци, Мовсес (1984). История страны Алуанк (Перевод с древнеармянского Ш. В. Смбатяна). Ереван: Институт древних рукописей им. Маштоца. 239.
- ↑ 1 2 3 4 5 Мкртчян, 1989. səh. 68
- ↑ 1 2 3 Բարխուտարեանց, Մակար (1907). Աղվանից երկիր և դրացիք, հատոր Բ. Թիֆլիս.
- ↑ 1 2 3 4 5 6 Мкртчян, 1989. səh. 69
- ↑ 1 2 3 4 5 6 7 8 9 Мкртчян, 1989. səh. 70
- ↑ Мкртчян, Ш. (1977). Церковные и исторические памятники Гадрутского района (№3). Эчмиадзин. 43.
- ↑ Мкртчян, 1989. səh. 71
- ↑ 1 2 Бархударян, С. (1982). Свод армянских надписей, вып. 5. Ереван. 184.
Ədəbiyyat
- Мамедова, Гюльчохра (2004), Зодчество Кавказской Албании, Баку: Чашыоглу
- Каланкатуаци, Мовсес (1984), История страны Алуанк / Пер. Ш. В. Смбатяна, Ереван: Матенадаран
- Мкртчян, Ш.М (1989), Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван
www.NiNa.Az » Pulsuz Xidmətlər » Wikipedia